Gürcüstan XİN rəhbəri və GUAM baş katibi təşkilatın fəaliyyət perspektivlərini müzakirə ediblər
Region
13 Dekabr , 2014
09:54


Bakı. 13 dekabr. REPORT.AZ/ GUAM baş katibi Valeri Çeçelaşvili Gürcüstana işçi səfəri çərçivəsində ölkənin xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşüb. "Report" GUAM mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər təşkilatın 2015-ci ildə fəaliyyət perspektivlərini, GAUM formatında əməkdaşlıq layihə və proqramların həyata keçirilmə prosesini, GUAM üzv dövlətləri arasında siyasi əlaqələrin gücləndirilməsini, eləcə də parlamentlərarası əməkdaşlıq və xarici tərəfdaşlarla əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İngilis versiyası
Georgian FM and GUAM Secretary General discussed organizational prospects of organization
Son xəbərlər
