Göyərtəsində radioaktiv maddələr olan təyyarə Moskva aeroportuna təcili eniş edib

Göyərtəsində radioaktiv maddələr olan təyyarə Moskva aeroportuna təcili eniş edib Göyərtəsində 19 kq radioaktiv maddə olan Xantı-Mansiysk-Moskva reysi qəza siqnalı göndərdikdən sonra paytaxtın Vnukovo hava limanına təcili eniş edib.
Region
11 Dekabr , 2023 11:05
Göyərtəsində radioaktiv maddələr olan təyyarə Moskva aeroportuna təcili eniş edib

Göyərtəsində 19 kq radioaktiv maddə olan Xantı-Mansiysk-Moskva reysi qəza siqnalı göndərdikdən sonra paytaxtın Vnukovo aeroportuna təcili eniş edib.

"Report" xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, göyərtəsində 104 sərnişinin də olduğu “Utair” aviaşirkətinin təyyarəsi saat 01:00 radələrində eniş şassisinin nasazlığı barədə qəza siqnalı verib: “Təyyarədə təhlükəli yüklər kateqoriyasına aid olan, lakin Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən icazə verilən 19 kq radioaktiv maddə də olub”.

Qeyd edilib ki, təyyarədə olan təhlükəli yükə zərər dəyməyib.

Son xəbərlər

Orphus sistemi