Göyərtəsində azərbaycanlıların da olduğu "Vostok" gəmisinin axtarışları nəticə vermir

Göyərtəsində azərbaycanlıların da olduğu "Vostok" gəmisinin axtarışları nəticə vermir Ötən 4 gün ərzində gəmi və heyət üzvlərindən bir iz tapmaq mümkün olmayıb
Region
29 Yanvar , 2018 03:30
Göyərtəsində azərbaycanlıların da olduğu Vostok gəmisinin axtarışları nəticə vermir

Bakı. 29 yanvar. REPORT.AZ/ Yapon dənizində itən "Vostok" balıqçı gəmisinin axtarışları zamanı 40 min kv. metr su hövzəsi müayinə edilib, lakin trauler və heyət üzvləri ilə bağlı bir iz tapmaq mümkün olmayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyi məlumat yayıb.

"Yapon dənizində axtarışların başlamasından 4 sutka ötür – insanlar hələ də tapılmayıb. Gəminin son həyəcan siqnalının qeydə alındığı Qamova burnundan 100 mil cənub-şərqdə aparılan axtarış zonasında gəmi qruplarının tərkibi qismən dəyişib", - deyə məlumatda bildirilir.

Balıqçı gəmisində 20 heyət üzvü, eləcə də iki Azərbaycan vətəndaşı olub.

Son xəbərlər

Orphus sistemi