Göyçə gölündə suyun səviyyəsi 9 sm aşağı düşüb

Göyçə gölündə suyun səviyyəsi 9 sm aşağı düşüb Ermənistan ərazisindəki Göyçə (Sevan) gölünün səviyyəsi normadan 9 sm aşağı düşüb.
Region
24 Noyabr , 2021 10:39
Göyçə gölündə suyun səviyyəsi 9 sm aşağı düşüb

Ermənistan ərazisindəki Göyçə (Sevan) gölünün səviyyəsi normadan 9 sm aşağı düşüb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Elmlər Akademiyası yanında Göyçə gölü məsələləri üzrə komissiyanın sədri Yuri Cavadyan bildirib.

Məlumata görə, Ermənistan Hirdometeorologiya və Monitorinq Mərkəzi Göyçə gölündə suyun səviyyəsinin dəyişməsi ilə bağlı qrafiki dərc edib. Moritorinqə əsasən, 2020-ci illə müqayisədə suyun səviyyəsi 9 sm aşağı düşüb.

Bildirilib ki, təkcə bu il noyabrın 15-20-də suyun səviyyəsi 2 sm azalıb.

Məlumata görə, suyun səviyyəsinin düşməsi bir sıra amillərlə bağlıdır. Çünki Göyçə gölünə 28 çay axır. Havaların isti keçməsi ilə əlaqədar 100 milyon kubmetr buxarlanma nəticəsində çaylarda suyun həcmi 90 milyon kubmetr azalıb.

Son xəbərlər

Orphus sistemi