Giorgi Marqvelaşvili prezident seçkilərinin ikinci turundan narazı qalıb

Giorgi Marqvelaşvili prezident seçkilərinin ikinci turundan narazı qalıb Tbilisi. 29 noyabr. REPORT.AZ/ “Dünənki seçkilərin müşahidəsi və müşahidəçi təşkilatların təhlili əsasında ikinci turda demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsi ilə bağlı narahatlığımı bildirmək istəyirəm”.
Region
29 Noyabr , 2018 15:33
Giorgi Marqvelaşvili prezident seçkilərinin ikinci turundan narazı qalıb
0 : 00
0 : 00

Tbilisi. 29 noyabr. REPORT.AZ/ “Dünənki seçkilərin müşahidəsi və müşahidəçi təşkilatların təhlili əsasında ikinci turda demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsi ilə bağlı narahatlığımı bildirmək istəyirəm”.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili brifinqdə bildirib.

O deyib ki, bu cür standartlar üzrə belə seçkilər Gürcüstanda bir daha keçirilməməlidir.

G.Marqvelaşvili ikinci turda əhalinin yüksək fəallıq nümayiş etdirdiyini vurğulayaraq vətəndaşlara, müşahidə missiyaları və KİV-ə minnətdarlığını bildirib.

Dövlət başçısı sonda Salome Zurabişvilini prezident seçilməsi münasibətilə təbrik edib. 

Son xəbərlər

Orphus sistemi