Giorgi Marqvelaşvili: “Gürcüstan avtoritar dövlət istiqamətində gedir”

Giorgi Marqvelaşvili: “Gürcüstan avtoritar dövlət istiqamətində gedir” “Biz avtoritar dövlət istiqamətində gedirik və bu faktdır”.
Region
9 Avqust , 2019 22:03
Giorgi Marqvelaşvili: “Gürcüstan avtoritar dövlət istiqamətində gedir”

“Biz avtoritar dövlət istiqamətində gedirik və bu faktdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili “Palitranews” telekanalında yayımlanan “360 dərəcə” proqramında bildirib.

Sabiq dövlət başçısı “Rustavi 2” televiziya kanalının keçmiş direktoru Nika Qvaramiaya qarşı ittihamın irəli sürülməsinə münasibət bildirib. O deyib ki, bu gün Gürcüstanda hüquq artıq ən ümdə deyil, belə ki, hüquq siyasət üçün yalnız makiyaja çevrilib.

G.Marqvelaşvili hakim Gürcü Arzusu Partiyasının dəsti-xəttinin dəyişdiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi