“Biz özümüzü sizdən ayrı hesab etmirik. Çiyin-çiyinə çalışırıq və çalışacağıq”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Kahramanmaraşda Türkiyənin səhiyyə nazirinin müavini Tolqa Tolunayla görüşündə deyib.
O bildirib ki, hər gün 24 saat ərzində azərbaycanlı xilasedicilər, media nümayəndələri hadisə yerindədirlər:
“Azərbaycandan humanitar yardımlar da gəlməkdə davam edir. Hər kəs əlindən gəldiyi qədər Türkiyə üçün nəsə etməyə çalışır".