Gənc oğlan nənə və babasının məzarında çətənə əkib - FOTO

Gənc oğlan nənə və babasının məzarında çətənə əkib - FOTO Türkiyənin Afyonkarahisar əyalətinin Dazkırı rayonunda iki ər-arvadın dəfn olunduğu məzarda əkilməsi qadağan edilən çətənə kolunun yetişdiyini görən sakinlər polis əməkdaşlarına müraciət edib.
Region
16 İyul , 2021 15:50
Gənc oğlan nənə və babasının məzarında çətənə əkib - FOTO

Türkiyənin Afyonkarahisar əyalətinin Dazkırı rayonunda iki ər-arvadın dəfn olunduğu məzarda əkilməsi qadağan edilən çətənə kolunun yetişdiyini görən sakinlər polis əməkdaşlarına müraciət edib.

"Report" xəbər verir ki, daxil olan şikayət əsasında araşdırma aparan polis əməkdaşları 29 yaşlı Ç.Q-in nənə və babasının məzarında çətənə kolu əkdiyini üzə çıxarıb.

Məzarlara baxış zamanı, oradan ümumilikdə 26 çətənə kolu aşkarlanıb.

Saxlanılan gəncin yaşadığı evə baxış keçirilən zaman, daha 62 ədəd çətənə kolu, 54 qr qurudulmuş marixuana, 587 qr. "patı" kimi tanınan və psixotrop maddə olan metamfetamin və 1 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Afyonkarahisar Prokurorluğunda cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi