“Gazprom Armenia” külli miqdarda vəsaiti vergidən yayındırıb

“Gazprom Armenia” külli miqdarda vəsaiti vergidən yayındırıb Bakı. 14 noyabr. REPORT.AZ/ Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Gazprom Armenia” şirkətində iri maliyyə pozuntuları barədə məlumat yayıb.
Region
14 Noyabr , 2018 15:12
“Gazprom Armenia” külli miqdarda vəsaiti vergidən yayındırıb
0 : 00
0 : 00

Bakı. 14 noyabr. REPORT.AZ/ Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Gazprom Armenia” şirkətində iri maliyyə pozuntuları barədə məlumat yayıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, qurumun yaydığı məlumatda şirkətin həm də böyük maliyyə vəsaitlərini vergidən yayındırdığı göstərilir.

Belə ki, 2016-cı və 2017-ci ildə “Gazprom Armenia” şirkəti gəlir və əlavə dəyər vergiləri barədə saxta məlumatlar təqdim etməklə dövlətə vergi öhdəliklərindən bir neçə milyard dram az vergi ödəyib.

Aparılan yoxlamaların nəticələrinə əsasən, vergi, rüsum və başqa məcburi ödəmələrdə yayınmalarla bağlı cinayət işi başlanılıb. Hazırda dövlətə vurulan ziyanın məbləği və təbii qaz istehlakı sahəsində korrupsiya halları araşdırılır.

Son xəbərlər

Orphus sistemi