GAİM Gürcüstanda 1 000 aztəminatlı ailəyə yardım etdi

GAİM Gürcüstanda 1 000 aztəminatlı ailəyə yardım etdi Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) koronavirus pandemiyası dövründə 1 000 aztəminatlı ailəyə ərzaq yardımı göstərib.
Region
13 May , 2020 10:58
GAİM Gürcüstanda 1 000 aztəminatlı ailəyə yardım etdi

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) koronavirus pandemiyası dövründə 1 000 aztəminatlı ailəyə ərzaq yardımı göstərib.

“Report”un yerli bürosu xəbər verir ki, yardım kampaniyası azərbaycanlıların kompakt yaşadığı bölgələri əhatə edib.

GAİM Marneuli (250 ailə), Bolnisi (150 ailə), Telavi (100 ailə), Saqareco (100 ailə), Laqodexi (100 ailə), Dmanisi (100 ailə), Qardabani rayonlarında (100 ailə), Rustavi şəhərində (100 ailə) yaşayan və müvəqqəti çətinliklə üzləşmiş aztəminatlı ailələrə ərzaq bağlamaları çatdırıb.

Mərkəzin icraçı direktoru Aygül İsayeva bildirib ki, COVID-19 pandemiyası bütün ölkələr, o cümlədən vətəndaş cəmiyyəti üçün də sınaq mərhələsi olub: “Hazırda ayrı-ayrı qeyri-hökumət təşkilatları koronavirus pandemiyası səbəbindən sosial təcrid dönəmində aztəminatlı və əhalinin həssas qruplarına dəstək olmaq məqsədilə müxtəlif xeyriyyə aksiyaları həyata keçirirlər. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi də ardıcıl və sistemli şəkildə aztəminatlı ailələr üçün yardım kampaniyasını həyata keçirən təşkilatlardan biridir”.

Rayon rəhbərləri dəstəyə görə GAİM-ə təşəkkürlərini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi