G7 Rusiyaya qarşı yeni sanksiyaların nədən asılı olacağına aydınlıq gətirib

G7 Rusiyaya qarşı yeni sanksiyaların nədən asılı olacağına aydınlıq gətirib Yeddilik Qrupu (G7) ölkələri Rusiyanın Ukraynada sülh danışıqlarında iştirak etmək istəyindən asılı olaraq yeni sanksiyaların tətbiqi məsələsini araşdırmaq niyyətindədir.
Region
15 fevral 2025 15:32
G7 Rusiyaya qarşı yeni sanksiyaların nədən asılı olacağına aydınlıq gətirib

Yeddilik Qrupu (G7) ölkələri Rusiyanın Ukraynada sülh danışıqlarında iştirak etmək istəyindən asılı olaraq yeni sanksiyaların tətbiqi məsələsini araşdırmaq niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə G7 üzv dövlətlərinin xarici işlər nazirlərinin bəyanatında deyilir.

“Fevraldan sonra hər hansı yeni, əlavə sanksiyalar Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi əməliyyatların tam dayandırılmasına yönəlmiş real vicdanlı səylər göstərib-göstərməməsindən asılı olacaq ki, bu da Ukraynanın suveren, müstəqil ölkə kimi uzunmüddətli təhlükəsizliyini və sabitliyini təmin edəcək”, – sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi