Gürcüstanın xarici ticarət dövriyyəsi 11%-dən çox azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 11%-dən çox azalıb Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 3 milyard 463,5 milyon ABŞ dolları təşkil edib.
Region
13 May , 2020 11:08
Gürcüstanın xarici ticarət dövriyyəsi 11%-dən çox azalıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 3 milyard 463,5 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə bu həcmdə 11,8% azalma qeydə alınıb.

Bu ilin ilk dörd ayında Gürcüstanın ixracı illik müqayisədə 11,9% azalaraq 1 milyard 001,3 milyon dollar, idxalı isə 11,8% azalaraq 2 milyard 462,2 milyon dollara bərabər olub.

Hesabat dövründə qonşu ölkənin ticarət kəsiri 1 milyard 460,8 milyon dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 42,2% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi