FTX əməliyyat keçirib, 100-ə yaxın qanunsuz silah emalatxanası aşkarlanıb

FTX əməliyyat keçirib, 100-ə yaxın qanunsuz silah emalatxanası aşkarlanıb Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin 25 regionunda 100-ə yaxın gizli silah emalatxanası aşkarlayaraq oradan 385 silah götürüb
Region
31 May , 2021 11:27
FTX əməliyyat keçirib, 100-ə yaxın qanunsuz silah emalatxanası aşkarlanıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin 25 regionunda 100-ə yaxın gizli silah emalatxanası aşkarlayaraq oradan 385 silah götürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mayın 31-də qurumun İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

İrimiqyaslı əməliyyat bu ilin mayında Moskvada, Altay, Dağıstan, Mordoviya, Udmurt muxtar respublikalarında, Kransondar, Krasnoyarsk, Perm və Primorsk diyarlarında, Arxangelsk, Belqorod, Vladimir, İrkutsk, Nijneqorod, Novqorod, Novosibirsk, Rostov, Saratov, Smolensk, Tver, Tula, Tümen, Ulyanovsk, Yaroslav və Yəhudi muxtar vilayətlərində keçirilib.

Əməliyyatda FTX ilə yanaşı Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyası da iştirak edib. Nəticədə qanunsuz silah hazırlayan 96 nəfər müəyyənləşdirilib.

Müsadirə edilən silahlar arasında 3 pulemyot, 45 avtomat, 9 tapança-pulemyit, 240 pistolet və revolver, qumbara və s. var.

Son xəbərlər

Orphus sistemi