“Freedom House”: Ermənistanda jurnalistlərə və vətəndaşlara qarşı zorakılıqdan narahatıq

“Freedom House”: Ermənistanda jurnalistlərə və vətəndaşlara qarşı zorakılıqdan narahatıq “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı Ermənistanda etiraz aksiyaları zamanı jurnalistlərə, ictimai xadimlərə və sadə vətəndaşlara qarşı zorakılıq hallarından narahatlığını bildirib.
Region
196
14 May , 2022 08:57
“Freedom House”: Ermənistanda jurnalistlərə və vətəndaşlara qarşı zorakılıqdan narahatıq

“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı Ermənistanda etiraz aksiyaları zamanı jurnalistlərə, ictimai xadimlərə və sadə vətəndaşlara qarşı zorakılıq hallarından narahatlığını bildirib.

Bu barədə “Report” təşkilatın sosial şəbəkə hesabına istinadən xəbər verir.

“Biz insanları öz fundamental hüquqlarını sülh yolu ilə ifadə etməyə çağırırıq və polisi qeyri-mütənasib güc tətbiq etməkdən çəkinməyə çağırırıq”, - təşkilatın tviter hesabında yayılan bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan hakimiyyəti və müxalifəti bütün vətəndaşların hüquqlarını demokratik norma və standartlara uyğun təmin etmək üçün zəruri olan demokratik və insan haqları institutlarının, o cümlədən vətəndaş cəmiyyəti və medianın maneəsiz fəaliyyətinə hörmətlə yanaşmalıdır.

Son xəbərlər

Orphus sistemi