Makron: Fransanın Səudiyyə Ərəbistanına satdığı silahlar Yəməndə istifadə olunmayacaq

Makron: Fransanın Səudiyyə Ərəbistanına satdığı silahlar Yəməndə istifadə olunmayacaq Fransa Prezidenti Emmanuel Makron Fransanın Səudiyyə Ərəbistanına satdığı silahların Yəməndə gedən müharibədə dinc əhaliyə qarşı istifadə olunmayacağına zəmanət verdiyini bildirib.
Region
10 May , 2019 02:58
Makron: Fransanın Səudiyyə Ərəbistanına satdığı silahlar Yəməndə istifadə olunmayacaq

Fransa Prezidenti Emmanuel Makron Fransanın Səudiyyə Ərəbistanına satdığı silahların Yəməndə gedən müharibədə dinc əhaliyə qarşı istifadə olunmayacağına zəmanət verdiyini bildirib.

"Report"un Fransa bürosu xəbər verir ki, o bunu Avropa İttifaqının Rumıniyanın Sibiu şəhərində keçirilən qeyri-rəsmi sammitində çıxışı zamanı deyib.

Buna baxmayaraq, mayın 9-da silahları aparmaq üçün Havr limanına gəlməli olan "Bahri Yanbu" gəmisi Fransa sahillərinə yaxınlaşa bilməyib. İki təşkilat - İşgəncələrin aradan qaldırılması üzrə Xristian Fəaliyyəti (L’Acat) və Respublika Etik Təhlükəsizlik Fəaliyyəti (ASER) silahların ölkədən çıxarılmasının qarşısını almaq üçün Paris İnzibati Məhkəməsinə müraciət edib. Bir sıra digər təşkilatlar, habelə "Human Rights Watch", "Amnesty İnternational" da silahların Səudiyyəyə satışına qarşı çıxıb.

BMT-nin məlumatına görə, Yəməndə gedən vətəndaş müharibəsində bu günədək 10 minlərlə dinc əhali həyatını itirib, 3,3 milyon insan məcburi köçküb düşüb, 24,1 milyon insanın yardıma ehtiyacı var.

Son xəbərlər

Orphus sistemi