Fransalı nazir: "Həftəsonunadək Rusiya neftinə embarqo qoyula bilər"

Fransalı nazir: "Həftəsonunadək Rusiya neftinə embarqo qoyula bilər" "Avropa İttifaqı Rusiya neftinə embarqo tətbiq edilməsi ilə bağlı həftənin sonunda razılığa gələcək".
Region
5 May , 2022 11:58
Fransalı nazir: Həftəsonunadək Rusiya neftinə embarqo qoyula bilər
Barbara Pompili

"Avropa İttifaqı Rusiya neftinə embarqo tətbiq edilməsi ilə bağlı həftənin sonunda razılığa gələcək".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransanın ekoloji keçid naziri Barbara Pompili bildirib.

“Müzakirələrin getməsi normal haldır. Çünki Avropa İttifaqına üzv bəzi ölkələr başqaları ilə müqayisədə Rusiya neftindən daha çox asılıdır”, - nazir qeyd edib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Brüsseldə müzakirələr aparılır: “Fikrimcə, həftəsonunadək razılıq əldə edə bilərik”.

Nazir deyib ki, Rusiyadan idxal olunan xam neftdən imtina etmək asandır: “Ancaq dizel yanacağı ilə bağlı əlavə vaxt lazım olacaq. Avropa İttifaqı enerjidaşıyıcılarından asılılığını azaltmalı, bərpa olunan enerji mənbələrini inkişaf etdirməlidir”.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiya paketini hazırlayır. Bu məhdudlaşdırıcı tədbir çərçivəsində Rusiyadan idxal olunan neft və təbii qaza sanksiyanın qoyulması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi