Fransada sığınacaq almaq istəyənlərin ölkələr üzrə statistikası açıqlanıb

Fransada sığınacaq almaq istəyənlərin ölkələr üzrə statistikası açıqlanıb OFPRA-nın statistikasına əsasən, müraciət edənlərin 27,2 faizi müsbət cavab alıb
Region
10 Aprel , 2018 11:36
Fransada sığınacaq almaq istəyənlərin ölkələr üzrə statistikası açıqlanıb

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan vətəndaşlarından 2017-ci ildə Fransada sığınacaq almaq üçün 472 müraciət edilib.

"Report" xəbər verir ki, bu məlumat Fransanın Qaçqınların və Vətəndaşlığı olmayan şəxslərin Müdafiəsi İdarəsinin (OFPRA) dərc edilmiş illik hesabatında göstərilib.

Hesabatda qeyd edilib ki, keçən il Ermənistandan 2363, Gürcüstandan isə 2101 müraciət olunub.

Sənəddə göstərilən statistikaya görə, tarixdə ilk dəfə bir il müddətində qaçqın statusu verilməsi üçün edilən müraciətlərin sayı 100 mindən çox olub. Belə statistika 1981-ci ildən etibarən aparılır.

Ərizələrin nəzərdən keçirilməsindən sonra 23958 nəfər və ya müraciət edənlərin 27,2 faizi müsbət cavab alıb və qaçqın statusunda OFPRA-nın müdafiəsi altında yerləşdirilib.

Sığınacaq axtaranlar arasında ölkələr üzrə vətəndaşı ən çox müraciət edən Albaniya olub. Balkan ölkəsinin vətəndaşlarından ümumilikdə 12131 müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 60% çoxdur. Sonrakı sıralarda Əfqanıstan (6671), Suriya (5824), Haiti (5744), Sudan (4823) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi