"Fox News"un əməkdaşı Kiyev yaxınlığında həlak olub

"Fox News"un əməkdaşı Kiyev yaxınlığında həlak olub "Fox News"un operatoru Pyer Zakrjevski Kiyev yaxınlığında həlak olub.
Region
15 Mart , 2022 19:44
Fox Newsun əməkdaşı Kiyev yaxınlığında həlak olub

"Fox News"un operatoru Pyer Zakrjevski Kiyev yaxınlığında həlak olub.

"Report" xəbər verir ki, bu barədə telekanalın xəbərlər proqramının aparıcısı Con Roberts tviterdə bildirib.

Digər əməkdaş, telekanalın müxbiri Benjamin Holl isə döyüşlər zamanı yaralanıb.

Onun xəsarət alması ilə bağlı məlumatı Pentaqon da təsdiqləyib və əlavə edib ki, hadisə ilə bağlı məlumat toplayırlar.

Son xəbərlər

Orphus sistemi