Ukrayna mətbuatı Rusiyanın müharibədəki hərbi itkilərini açıqlayıb

Ukrayna mətbuatı Rusiyanın müharibədəki hərbi itkilərini açıqlayıb “Forbes” Ukrayna ordusu tərəfindən məhv edilən Rusiya texnikasının qiymətini hesablayıb.
Region
12 Mart , 2022 21:56
Ukrayna mətbuatı Rusiyanın müharibədəki hərbi itkilərini açıqlayıb

Ukrayna ordusu tərəfindən sıradan çıxarılan Rusiya hərbi texnikasının qiyməti açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə “Forbes Ukraine” nəşri yazıb.

Hesablamalara görə, Ukrayna ordusu Rusiyanın ümumilikdə 5 milyard dollarlıq (ABŞ dolları-red) hərbi texnikasını sıradan çıxarıb.

“Ümumi itkilərin 47%-i təyyarə və helikopterlərin, 29%-i tankların, 14%-i zirehli döyüş maşınlarının payına düşür. Xüsusilə, məhv edilmiş tanklar Rusiyaya 1,5 milyard dollara, təyyarələr və helikopterlər isə 2,4 milyard dollara başa gəlib”, - məlumatda deyilir.

Rusiya ən böyük itkini fevralın 25-də, ən az itkini isə martın 2-də verib.

Son xəbərlər

Orphus sistemi