“Fitch” Ukraynanın reytinqini yüksəldib

“Fitch” Ukraynanın reytinqini yüksəldib “Fitch” beynəlxalq reytinq agentliyi Ukraynanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini “RD”dən “CC”-yə yüksəldib.
Region
18 Avqust , 2022 02:30
“Fitch” Ukraynanın reytinqini yüksəldib

“Fitch” beynəlxalq reytinq agentliyi Ukraynanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini “RD”dən “CC”-yə yüksəldib.

Bu barədə “Report” agentliyin rəsmi saytına istinadən xəbər verir.

Kredit reytinqinin yüksəldilməsi Ukraynanın avrobond sahiblərinin xarici borcun restrukturizasiyasına razılıq verməsi ilə bağlıdır.

Agentliyin analitiklərinin fikrincə, bu, problemli borcların mübadiləsinin tamamlanmasını və məhdud defoltun aradan qaldırılmasını göstərir.

Son xəbərlər

Orphus sistemi