Filip Riker: “Gürcüstan ABŞ-ın Cənubi Qafqazda əsas strateji tərəfdaşı olaraq qalır”

Filip Riker: “Gürcüstan ABŞ-ın Cənubi Qafqazda əsas strateji tərəfdaşı olaraq qalır” “Gürcüstan Bayden-Harris administrasiyasının Cənubi Qafqazda əsas strateji, Qara dəniz bölgəsində çox mühüm tərəfdaşı olaraq qalır”.
Region
100
7 İyun , 2021 17:59
Filip Riker: “Gürcüstan ABŞ-ın Cənubi Qafqazda əsas strateji tərəfdaşı olaraq qalır”
Filip Riker

“Gürcüstan Bayden-Harris administrasiyasının Cənubi Qafqazda əsas strateji, Qara dəniz bölgəsində çox mühüm tərəfdaşı olaraq qalır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

O, bölgəyə səfərinin ötən ilin martına təyin olunduğunu, lakin koronavirus pandemiyası səbəbindən təxirə salındığını qeyd edib.

ABŞ Dövlət Departamentinin rəsmisi Tbilisidən sonra Bakı və Yerevana səfər edəcəyini və yenidən Gürcüstana qayıdacağını bildirib.

Son xəbərlər

Orphus sistemi