Fəxrəddin Altun: "Finlandiya və İsveçin öhdəlikləri necə yerinə yetirməsini nəzərə alacağıq"

Fəxrəddin Altun: "Finlandiya və İsveçin öhdəlikləri necə yerinə yetirməsini nəzərə alacağıq" “Madriddə protokollara qol çəkilməsini NATO-ya üzvlük kimi qiymətləndirmək düzgün deyil. Finlandiya və İsveçin yazılı öhdəlikləri nə qədər yerinə yetirəcəklərini nəzərə alacağıq”.
Region
6 İyul , 2022 13:00
Fəxrəddin Altun: Finlandiya və İsveçin öhdəlikləri necə yerinə yetirməsini nəzərə alacağıq
Fəxrəddin Altun

“Madriddə protokollara qol çəkilməsini NATO-ya üzvlük kimi qiymətləndirmək düzgün deyil. Finlandiya və İsveçin yazılı öhdəlikləri nə qədər yerinə yetirəcəklərini nəzərə alacağıq”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Finlandiyanın “Helsingin Sanomat” nəşrinə müsahibəsində deyib.

“NATO-ya üzvlük hüquq yox, seçilməkdir. Bu üstünlüyü əldə etmək istəyən dövlətlərin bəzi şərtləri yerinə yetirməsi lazımdır. Bu mənada PKK ilə yanaşı, YPG və FETÖ-nün də terror təşkilatı kimi tanınması vacibdir. İndi bu iki ölkə verdiyi vədə əməl etməlidir”, - o bildirib.

F.Altun vurğulayıb ki, terrorçular haqqında lazımi məlumatlar hər iki ölkənin müvafiq qurumlarına çatdırılıb: “Terrorçuların qaytarılması, əlbəttə, həmin dövlətlərin səmimiliyinin sınanması üçün test olacaq. Türkiyədə günahsız insanlara zərər vuran, bizi hədəf alan insanlara təhlükəsiz liman təmin etmək onsuz da müttəfiqlik ruhuna ziddir”.

Son xəbərlər

Orphus sistemi