​FETÖ-nun Türkiyədən qaçmaq istəyən 219 üzvü sərhəddə saxlanılıb

​FETÖ-nun Türkiyədən qaçmaq istəyən 219 üzvü sərhəddə saxlanılıb Bülent Tüfekçi: "Onlar ölkədən qaçmaq üçün daha çox Atatürk hava limanından istifadə etməyə çalışıblar"
Region
11 Avqust , 2016 13:03
​FETÖ-nun Türkiyədən qaçmaq istəyən 219 üzvü sərhəddə saxlanılıb

Bakı. 11 avqust. REPORT.AZ/ "Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Fətullahçı terror təşkilatının (FETÖ) 219 üzvü ölkədən qaçarkən sərhəddə tutulub".

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi bildirib.

Onun sözlərinə görə, FETÖ-nun ölkədən qaçmaq istəyərəkən saxlanılan nümayəndələrinin əksəriyyəti məmur, iş adamı və hərbçidir: "Onlar ölkədən qaçmaq üçün daha çox Atatürk hava limanından istifadə etməyə çalışıblar. Bu günədək Haburdan (sərhəd-buraxılış məntəqəsi - "Report" ) 89, Kapıkuledən (Türkiyənin Bolqarıstanla sərhədində yerləşən və ən çox gediş-gəliş edilən sərhəd-buraxılış məntəqəsi - "Report") isə 130-a yaxın FETÖ üzvünün ölkədən qaçmasının qarşısını aldıq".

Son xəbərlər

Orphus sistemi