Bakı. 19 yanvar. REPORT.AZ/ “FETÖ-nün (Fətullahçı Terror Təşkilatı- “Report”) dövlət çevrilişinə cəhdindən sonra 43 minə yaxın şəxs həbs olunub”.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının toplantısında bildirib.
Onun sözlərinə görə, çevriliş cəhdindən sonra 93 mindən çox dövlət qulluqçusu işdən azad edilib.
Qeyd edək ki, 2016-cı ilin iyulun 15-də FETÖ Türkiyədə dövlət çevrilişinə cəhd edib. Türkiyənin hüquq-mühafizə orqanları cəhdin qarşısını alıb.
Bu arada İstanbul Prokurorluğunun qərarı ilə Türkiyə Silahlı Qüvvələrinin 95 hərbçisi həbs edilib. "Sabah" qəzetinin yazdığına görə, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqdə şübhəli bilinirlər.
Həbs olunan hərbçilərdən 8-i polkovnik, 2-i isə polkovnik-leytenantdır. Onlar “ByLock” kompüter proqarmının istifadəçiləri olublar.
Qeyd edək ki, 243 hərbçi barəsində həbs qətimkan tədbiri seçilməsi haqda İstanbul Prokurorluğu sanksiya verib. Bu gün onların 94-ü tutulub.