Federika Mogerini: "Gürcüstan və Ukrayna ilə viza rejiminin qısa müddətdə ləğvinə ümid edirik"

Federika Mogerini: "Gürcüstan və Ukrayna ilə viza rejiminin qısa müddətdə ləğvinə ümid edirik" "Təkcə Gürcüstan yox, həm də Ukrayna üçün bu işi mümkün qədər tez başa çatdıracağıq"
Region
6 Fevral , 2017 16:15
Federika Mogerini: Gürcüstan və Ukrayna ilə viza rejiminin qısa müddətdə ləğvinə ümid edirik

Bakı. 6 fevral. REPORT.AZ/ Avropa diplomatiyasının rəhbəri Federika Mogerini Avropa İttifaqı (Aİ) ilə viza rejiminin Gürcüstan və Ukrayna üçün tezliklə ləğv olunacağına ümid etdiyini bildirib, amma heç bir dəqiq tarix söyləməyib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Ümid edirəm ki, təkcə Gürcüstan yox, həm də Ukrayna üçün bu işi mümkün qədər tez başa çatdıracağıq", - F.Mogerini Aİ-yə üzv 28 ölkənin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə gəlişi zamanı bildirib.

Eyni zamanda, F.Mogerini nazirlərin bu gün viza məsələsini müzakirə etməyi planlaşdırmadığını vurğulayıb.

Xatırladaq ki, Avropa Parlamenti ötən həftə Avropa İttifaqının Gürcüstan üçün vizasız rejim tətbiqi ilə bağlı qərarını dəstəkləyib. İndi Gürcüstan vətəndaşları üçün qısamüddətli vizasız səyahətlərin qanuniliyini formal olaraq Aİ Şurası təsdiq etməlidir.

Son xəbərlər

Orphus sistemi