Federal Təhlükəsizlik Xidməti “Vaqnerçi”lərdən Priqojini saxlamağı çağırıb

Federal Təhlükəsizlik Xidməti “Vaqnerçi”lərdən Priqojini saxlamağı çağırıb “Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərini Yevgeni Priqojinin cinayət əmrlərini yerinə yetirməməyə və onun tutulması üçün tədbirlər görməyə çağırırıq”.
Region
23 iyun 2023 21:33
Federal Təhlükəsizlik Xidməti “Vaqnerçi”lərdən Priqojini saxlamağı çağırıb

“Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərini Yevgeni Priqojinin cinayət əmrlərini yerinə yetirməməyə və onun tutulması üçün tədbirlər görməyə çağırırıq”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Priqojinin bəyanatları və hərəkətləri Rusiyada silahlı vətəndaş qarşıdurmasının başlaması və hərbçilərin “kürəyinə bıçaq zərbəsi” endirmək çağırışlarıdır.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələri ilə təmas xəttində döyüş tapşırıqlarını yerinə yetirməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi