Etirazçılar Yerevandakı "Azadlıq" meydanında oturaq aksiyanı dayandırır

Etirazçılar Yerevandakı "Azadlıq" meydanında oturaq aksiyanı dayandırır Aksiya təşkilatçıları bu gün mətbuat konfransı keçirəcək və gələcək addımlarını açıqlayacaqlar
Region
30 İyun , 2015 12:20
Etirazçılar Yerevandakı Azadlıq meydanında oturaq aksiyanı dayandırır

Bakı. 30 iyun. REPORT.AZ/ Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz edən fəallar Yerevandakı "Azadlıq" meydanında oturaq aksiyanı dayandırır. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Soyğuna yox" hərəkatının fəalı Maksim Sarkisyan bildirib. 

Onun sözlərinə görə, bu gün mətbuat konfransı keçiriləcək və onların gələcəkdə atacaqları addımlar açıqlanacaq. 

Öz növbəsində, hərəkat liderlərindən biri Vaqinak Şuşanyan qeyd edib ki, mübarizə yeni müstəviyə keçir. Onun sözlərinə görə, fəallar konkret təkliflərlə çıxış etmək üçün ekspertlər, iqtisadçılar, hüquqşünaslar qrupunu yaratmaq niyyətindədir.

Son xəbərlər

Orphus sistemi