Bakı. 20 dekabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyinə aid “Etihad Airways” hava şirkəti 2018-ci il yanvarın 24-dən etibarən Əbu Dabi-Tehran uçuşlarını tamamilə dayandıracaq.
“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, dekabrın 25-dən 2018-ci il yanvarın 23-dək Əbu Dabi-Tehran həftəlik uçuşların sayı 5-dən 2-yə endiriləcək.
Yanvarın 23-dən sonrakı tarixə alınan uçuş biletləri şirkət tərəfindən başqa firmalarda etibarlı sayılacaq. Biletləri geri qaytarmaq istəyən müştərlərə biletlərin pulunun hamısı ödənəcək.
Şirkət uçuşların dayandırlmasının səbəbini açıqlamayıb.