Rusiyanın Estoniyadakı səfirliyinin dəftərxanasının üzərindən naməlum şəxslər RF-nin dövlət bayrağını qoparıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya səfirliyinin tviter səhifəsində bildirilib.
“Martın 19-da Tartu şəhərindəki səfirliyin dəftərxanasının üzərindən Rusiya bayrağı qoparılıb. Bu cinayəti törədənlər cəzalanacaq, Rusiyanın bayrağı öz yerinə qaytarılacaq”, - məlumatda bildirilib.