Bakı. 28 avqust. REPORT.AZ/ 2100-cü ilədək Ermənistanın əhalisi 1,7- 1,8 milyon nəfərədək azalacaq.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu
"Hazırda Ermənistan əhalisinin sayı de-yure 3 milyon, de-fakto isə 2,6- 2,8 milyon nəfərdir. BMT-nin proqnozu dünya əhalisinin 2010-cu ildə siyahıya alınmasına əsaslanıb" ,- o vurğulayıb.
Onun sözlərinə görə, 2100-cü ildə dünya əhalisinin sayı 11,2 milyard nəfər olacaq.
Q.Ayrapetyan deyib ki, Ermənistanı hər il orta hesabla 30 minə yaxın insan tərk edir.