Ərzurum şəhəri 2026-cı il Qış Olimpiya Oyunlarının təşkilinə namizədliyini irəli sürüb

Ərzurum şəhəri 2026-cı il Qış Olimpiya Oyunlarının təşkilinə namizədliyini irəli sürüb Bakı. 30 mart. REPORT.AZ/ Türkiyənin Ərzurum şəhəri 2026-cı il Qış Olimpiya Oyunlarını keçirməyə namizədliyini rəsmən irəli sürüb.
Region
30 Mart , 2018 00:16
Ərzurum şəhəri 2026-cı il Qış Olimpiya Oyunlarının təşkilinə namizədliyini irəli sürüb

Bakı. 30 mart. REPORT.AZ/ Türkiyənin Ərzurum şəhəri 2026-cı il Qış Olimpiya Oyunlarını keçirməyə namizədliyini rəsmən irəli sürüb.

"Report"un məlumatına görə, bu barədə Ədalət və İnkişaf Partiyasının Ərzurumdan olan deputatı Mustafa Ilıcalı açıqlama verib.

O, namizədliyin irəli sürülməsinə verdikləri dəstəyə görə partiya sədri və ölkə prezidenti Rəcəb Tayyip Ərdoğana, idman naziri Osman Aşkın Baka və hökumətə minnətdarlığını bildirib.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinə namizədlərin irəli sürülməsi prosesinə martın 31-də yekun vurulacaq.

Orphus sistemi