Ermənistanda iki sabiq məmur Baş Prokurorluğa çağırılıb

Ermənistanda iki sabiq məmur Baş Prokurorluğa çağırılıb Ermənistan Baş Prokurorluğu İrəvanın keçmiş meri Taron Markaryan, keçmiş baş prokuror Gevorq Kostanyan və onların ailə üzvlərini dindirməyə çağırıb.
Region
11 İyul , 2022 16:09
Ermənistanda iki sabiq məmur Baş Prokurorluğa çağırılıb

Ermənistan Baş Prokurorluğu İrəvanın keçmiş meri Taron Markaryan, keçmiş Baş prokuror Gevorq Kostanyan və onların ailə üzvlərini dindirməyə çağırıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Markaryan və onun ailə üzvləri iyulun 14-də Baş Prokurorluqda olmalıdırlar. Adıçəkilən şəxslər qanunsuz yolla əldə edilmiş əmlakla bağlı sorğu-sual ediləcəklər.

Kostanyan isə iyulun 19-da Baş Prokurorluqda dindirilməlidir.

Xatırladaq ki, hər iki sabiq məmur barəsində cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi