​Ermənistanın MDB ölkələri ilə ticarət dövriyyəsi azalır

​Ermənistanın MDB ölkələri ilə ticarət dövriyyəsi azalır Ekspertlər bunu ölkənin passivliyi və əhalinin alıcılıq qabiliyyətinin düşməsi ilə əlaqələndirirlər
Region
22 Avqust , 2014 17:50
​Ermənistanın MDB ölkələri ilə ticarət dövriyyəsi azalır

Bakı. 22 avqust. REPORT.AZ/ Ermənistanın MDB ölkələrindən idxal etdiyi məhsulların həcmi birinci yarımillikdə 3,1% azalıb. “Report” xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Qəzet bu azalmanın bütün sahələrdə müşahidə olunduğunu bildirir. Belə ki, bu azalma ixracda 9%, idxalda isə 3,1% olub. Ermənistanın Rusiyaya ixracı 6,4% azalıb, əksinə idxalı 1,4% artıb.

Mətbu nəşr Avropa ölkələri ilə də xarici ticarət dövriyyəsinin həcmində azalma müşahidə olunduğunu yazır. Belə ki, Avropaya ixrac edilən malların həcmi 7%, idxal olunanların isə 0,2% azaldığını vurğulayır.

Yerli ekspertlərin fikrincə, bu azalma ölkənin passivliyi və əhalinin alıcılıq qabiliyyətinin düşməsi ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi