Ermənistana qaz verilməsi müvəqqəti olaraq dayandırılıb

Ermənistana qaz verilməsi müvəqqəti olaraq dayandırılıb Buna Şimali Qafqaz-Zakavkaziya magistral qaz kəmərində qəza səbəb olub
Region
21 Avqust , 2014 15:46
Ermənistana qaz verilməsi müvəqqəti olaraq dayandırılıb

Bakı. 21 avqust. REPORT.AZ/ Magistral qaz kəmərində qəza səbəbindən Ermənistana təbii qazın verilməsi avqustun 20-dən etibarən müvəqqəti dayandırılıb. Bu barədə Report "Qazprom Armeniya"nın rəsmi saytına istinadən xəbər verir. 

"Gürcüstanın qaz-nəqliyyat şirkəti rəsmi olaraq "Qazprom Armeniya" şirkətini Şimali Qafqaz-Cənubi Qafqaz magistral qaz kəmərinin Gürcüstan ərazisindən keçən hissəsində qəzanın baş verməsi ilə əlaqədar avqustun 20-dən saat 23.45-dən başlayaraq təbii qazın verilməsinin müvəqqəti dayandırılması haqqında rəsmi olaraq xəbərdar edib" - deyə, məlumatda bildirilib. 

Məlumatda həmçinin qeyd olunub ki, qazın verilməsində fasilə dövründə Ermənistan əhalisinin qazla təchizatı daxili ehtiyatlar hesabına təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi