Ermənistanın yeni ombudsmanı məlum olub

Ermənistanın yeni ombudsmanı məlum olub Ermənistanın yeni ombudsmanı Kristine Qriqoryan seçilib
Region
24 Yanvar , 2022 17:08
Ermənistanın yeni ombudsmanı məlum olub
Kristine Qriqoryan

Kristine Qriqoryan Ermənistanın yeni ombudsmanı seçilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, parlamentdə onun lehinə 68 deputat səs verib, əleyhinə çıxan olmayıb.

Seçkilər rəqabətsiz keçib. Belə ki, K.Qriqoryan ombusdman vəzifəsinə hakim partiyanın təklif etdiyi yeganə namizəd olub.

O, fevralın 23-dən – Arman Tatoyanın səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Kristine Qriqoryan 1981-ci ildə Ermənistanın Sevan şəhərində anadan olub. İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 2019-cu ildə o, Ermənistan ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

İngilis, rus, fransız, alman və ərəb dillərini bilir. Bitərəfdir.

Son xəbərlər

Orphus sistemi