Ermənistanın yeni hökumətində daşnaklar “oyundankənar” qoyulacaq

Ermənistanın yeni hökumətində daşnaklar “oyundankənar” qoyulacaq Bakı. 9 mart. REPORT.AZ/ Daşnaksütyun Partiyasının aprelin 9-dan sonra Ermənistanda yeni hökumətin formalaşmasında ən əziz arzuları həyata keçməyəcək”.
Region
9 Mart , 2018 20:40
Ermənistanın yeni hökumətində daşnaklar “oyundankənar” qoyulacaq

Bakı. 9 mart. REPORT.AZ/ "Daşnaksütyun Partiyasının aprelin 9-dan sonra Ermənistanda yeni hökumətin formalaşmasında ən əziz arzuları həyata keçməyəcək”.

“Report” xəbər verir ki, bunu “Jamanak” yazıb.

Qeyd olunur ki, onlar 25 ildir Ermənistanın hakimiyyət strukturları və ya onlardan biri üzərində nəzarət etməyi arzulayırdılar. Ancaq aprelin 9-dan sonra Ermənistan başqa idarəetmə formasına keçəcək. Bu formanın təbliğatçılarından biri də daşnaklardır. Onlar həmin tarixdən sonra hakimiyyətdə nüfuzlarının artacağına ümid edirlər.

Qəzetin yazdığına görə, bu nəinki baş verməyəcək, hətta hökumətdə onların sayı azalacaq. Məsələ burasındadır ki, müdafiə sahəsi və başqa vacib məsələlər Ermənistan Milli Təhlükəsizlik Şurasında, ikinci dərəcəli məsələlər isə hökumətdə müzakirə ediləcək. Hökumət bu Şuranın yanında fəaliyyət göstərəcək bir qurum olacaq. Hakim koalisiya adlanan hazırkı hökumət ikinci dərəcəli məsələləri müzakirə edəcək. Daşnaksütyun isə gələcəkdə Ermənistan Milli Təhlükəsizlik Şurasında təmsil olunmayacaq. Bu isə onların real qərarların qəbul edilməsindən kənar qalması deməkdir. 

Son xəbərlər

Orphus sistemi