Ermənistanın XİN başçısına yeni müavin təyin edilib

Ermənistanın XİN başçısına yeni müavin təyin edilib Qaqik Qalaçyan Ermənistan xarici işlər nazirinin müavini təyin olunub.
Region
28 dekabr 2020 13:34
Ermənistanın XİN başçısına yeni müavin təyin edilib
Qaqik Qalaçyan

Qaqik Qalaçyan Ermənistan xarici işlər nazirinin müavini təyin olunub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Qeyd edək ki, Q.Qalaçyan 1969-cu il martın 4-də Ukraynanın Lvov şəhərində anadan olub. Leninqrad Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Ermənistanın Yunanıstan, yunan Kipri, Serbiya, Albaniyadakı səfiri işləyib. Ölkəsinin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələr tutub.

Onun sonuncu iş yeri Ermənistanın Qırğız Respublikasındakı səfiri vəzifəsi olub.

Son xəbərlər

Orphus sistemi