​Ermənistanın Vyetnamdakı səfiri etimadnaməsini notariusda təsdiqlədib

​Ermənistanın Vyetnamdakı səfiri etimadnaməsini notariusda təsdiqlədib O, ölkəsinin ən varlı səfirlərindəndir
Region
6 Noyabr , 2015 19:48
​Ermənistanın Vyetnamdakı səfiri etimadnaməsini notariusda təsdiqlədib

Bakı. 6 noyabr. REPORT.AZ/ Ermənistanın Vyetnam Sosialist Respublikasındakı səfiri Raisa Vardanyan etimadnaməsini təsdiq etdirmək üçün bu ölkədəki notarial kontora aparıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Ermənistanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiri Raisa Vardanyanın başına gələn bu məzəli əhvalat səfirliyin diplomatik korpusunda "müzakirə mövzusu" olub.

Xəbərdə bildirilib ki, R.Vardanyan Ermənistanın ən varlı səfirlərindəndir. Ötən il onun 250 min dollara 3 mənzil aldığı bildirilib. Məlumata görə, səfirin 3 milyon dollara yaxın pulu var.

Raisa Vardanyanın səfir kimi illik maaşının 38 min 808 dollar olduğu bildirilib.

Qeyd edək ki, səfirə etimadnamə öz ölkəsində verilir. O bu sənədi təyin olunduğu dövlətin başçısına təqdim edir. Bundan sonra səfir səlahiyyətlərinin icrasına başlayır. 

Son xəbərlər

Orphus sistemi