Ermənistanın sabiq prezidentinə qarşı konstitusion quruluşu devirmək ittihamı irəli sürülüb

Ermənistanın sabiq prezidentinə qarşı konstitusion quruluşu devirmək ittihamı irəli sürülüb Bakı. 26 iyul. REPORT.AZ/ 1999-2008-ci illərdə Ermənistanda hakimiyyətdə olan Robert Koçaryana qarşı 2008-ci il 1 mart hadisələrinə dair cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.
Region
26 İyul , 2018 22:14
Ermənistanın sabiq prezidentinə qarşı konstitusion quruluşu devirmək ittihamı irəli sürülüb

Bakı. 26 iyul. REPORT.AZ/ 1999-2008-ci illərdə Ermənistanda hakimiyyətdə olan Robert Koçaryana qarşı 2008-ci il 1 mart hadisələrinə dair cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.

"Report"un“ RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, bir neçə saat əvvəl sabiq prezident şahid qismində dindirilib.

Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsadət təqdim edilib.

Son xəbərlər

Orphus sistemi