Ermənistanda sabiq nazir müavininin 40 milyon dollarlıq əmlakının müsadirəsi tələb olunur

Ermənistanda sabiq nazir müavininin 40 milyon dollarlıq əmlakının müsadirəsi tələb olunur Ermənistan prokurorluğu nəqliyyat və kommunikasiyalar nazirinin sabiq müavini Hayk Çşmarityanın təxminən 15,8 milyard dram (təxminən 39 milyon dollar) əmlakının müsadirəsini tələb edir.
Region
19 fevral 2024 08:32
Ermənistanda sabiq nazir müavininin 40 milyon dollarlıq əmlakının müsadirəsi tələb olunur

Ermənistan prokurorluğu nəqliyyat və kommunikasiyalar nazirinin sabiq müavini Hayk Çşmarityanın təxminən 15,8 milyard dram (təxminən 39 milyon dollar) əmlakının müsadirəsini tələb edir.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, prokurorluq 7 daşınmaz əmlakın, 1 nəqliyyat vasitəsinin, 2 şirkətin səhmlərinin müsadirə edilməsi tələbini irəli sürüb.

Son xəbərlər

Orphus sistemi