Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan Milli Təhlükəsizlik Xidmətinə (MTX) çağırılıb.
“Report” xəbər verir ki, məlumatı “Lragir” yayıb.
Ruben Akopyan iyunun 26-da Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyasında iştirak və çıxış edib. O, Konstitusiya Məhkəməsinin 3 üzvünün və sədrinin səlahiyyətlərinin dayandırılmasını qanunazidd adlandırıb.
Qeyd edək ki, iyunun 22-də Ermənistan parlamenti tərəfindən konstitusiyaya dəyişiklik edilməklə məhkəmə sədrinin səlahiyyətləri dayandırılıb.
Xatırladaq ki, Ruben Akopyan 1955-ci ildə Ermənistanda anadan olub. 1983-cü ildə Leninqrad Dövlət Universitetini bitirib. İxtisasca jurnalist-filoloqdur. O, 2000-2008-ci illərdə Ermənistanın Sankt-Pterburq şəhərində baş konsulu işləyib. 2012-ci ildə Ermənistan parlamentinə üzv seçilib.