Ermənistanın müxalifət bloku müvəqqəti hökumətin formalaşdırılmasında iştirak etməyəcək

Ermənistanın müxalifət bloku müvəqqəti hökumətin formalaşdırılmasında iştirak etməyəcək Bakı. 4 may. REPORT.AZ/ Ermənistan parlamentində müxalifətdə olan “Tsarukyan” bloku Mənim Addımım Hərəkatının lideri Nikol Paşinyanın baş nazir seçiləcəyi halda onun formalaşdıracağı müvəqqəti hökumətdə təmsil olunmayacaq.
Region
4 May , 2018 10:42
Ermənistanın müxalifət bloku müvəqqəti hökumətin formalaşdırılmasında iştirak etməyəcək

Bakı. 4 may. REPORT.AZ/ Ermənistan parlamentində müxalifətdə olan “Tsarukyan” bloku "Mənim Addımım" Hərəkatının lideri Nikol Paşinyanın baş nazir seçiləcəyi halda onun formalaşdıracağı müvəqqəti hökumətdə təmsil olunmayacaq.

“Report” “Jamanak”a istinadən xəbər verir ki, fraksiya parlamentdə iki dəfə N.Paşinyanın baş nazir postuna namizədliyinin irəli sürülməsini dəstəkləyib.

“Tsarukyan” bloku mayın 8-də Ermənistan parlamentində N.Paşinayn baş nazir seçilməsinə səs verəcəklərinin də bildirib. Bu müxalifət təşkilatı indiki həssas dövrdə siyasi məsuliyyəti üzərinə götürməyi məqsədyönlü saymadığını vurğulayıb.

Qeyd edək ki, “Tsrukyan” fraksiyanın Ermənistan parlamentində 31 deputatı var.  

Son xəbərlər

Orphus sistemi