Ermənistanın müdafiə nazirinə qarşı cinayət işi başlanılıb

Ermənistanın müdafiə nazirinə qarşı cinayət işi başlanılıb Ermənistanın müdafiə naziri David Tonoyan 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Region
19 iyun 2020 13:02
Ermənistanın müdafiə nazirinə qarşı cinayət işi başlanılıb

Ermənistanın müdafiə naziri David Tonoyan 2 il müddətinə azadlıqdan məhrum edilə bilər. 

“Report” “News.am”a istinadən xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Rimma Yeqanyan da təsdiqləyib.

Onun sözlərinə görə, nazirə qarşı cinayət işi ehtiyatda olan zabit Çolak Xaçatryanın şikayəti əsasında başlanılıb.

Məlumata əsasən, istintaq davam edir.

David Tonoyan Ermənistan Cinayət Məcəlləsinin 353-cü maddəsinə əsasən ittiham olunur.

Bu maddə məhkəmə aktının icra olunmaması barədədir: “Vəzifəli şəxsin bilərəkdən qanuni qüvvəyə minən məhkəmənin və ya başqa məhkəmə aktını icra etməməsi və ya mane olması”.

Cinayəti sübut edilsə, nazir əməkhaqqının 5 misli qədər cərimə ediləcək, yaxud bir aydan 3 ayadək, ya da 2 ildən artıq müddətə azadlıqdan məhrum ediləcək.

Qeyd edək ki, David Tonoyanın tutduğu vəzifədən azad ediləcəyi barədə məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi