KİV: Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru yanacaq biznesinə qoşulmaq istəyir

KİV: Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru yanacaq biznesinə qoşulmaq istəyir Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanetsyan yanacaq bazarı ilə maraqlanır.
Region
30 mart 2019 07:44
KİV: Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru yanacaq biznesinə qoşulmaq istəyir

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanetsyan yanacaq bazarı ilə maraqlanır.

“Report” xəbər verir ki, bu barədə “Jamanak” yazıb.

“Artur Vanetsyan son zamanlar Ermənistanda bazar mühitinin araşdırılması ilə məşğuldur. Məlumatımıza görə, onu daha çox yanacaq bazarı maraqlandırır. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları benzin idxalçıları, onların satışı və bu sahədə fəaliyyət göstərmək üçün lazım olan sənədlərlə maraqlanırlar. Əldə etdiyimiz məlumata əsasən, Vanetsyan bazara yeni yanacaq idxalatçısı kimi girmək istəyir”, - deyə qəzet vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi