Bakı. 2 may. REPORT.AZ/ Ermənistanın mədəniyyət naziri vəzifəsini icra edən Armen Əmiryan tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
Bu barədə "Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir.
"Bir neçə dəqiqə əvvəl o, Nazirliyin önündə dayanan nümayişçilərin qarşısına çıxaraq nazir vəzifəsindən istefa verdiyini açıqlayıb", - A.Əmiryanın sözçüsü Ruzan Xaçatryan bildirib.
Qeyd edək ki, bu gün Ermənistanda kütləvi etiraz aksiyaları keçirilib. Müxalifət lideri Nikol Paşinyanın çağırışı ilə etirazçılar Yerevanın mərkəzi küçələrini, İran-Ermənistan sərhədinə qədər magistral yolları bağlayıb, dəmir yolları və paytaxt metropoliteninin işini çətinləşdiriblər.