Ermənistanın keçmiş yüksək rütbəli polis zabitləri təxminən 50 milyon dram (128,8 min dollar) büdcə vəsaitini mənimsəməkdə ittiham olunurlar.
"Report" "Sputnik Armeniya" ya istinadən xəbər verir ki, bu barədə məlumatı Antikorrupsiya Komitəsi yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Armavir polis şöbəsinin rəisi X.A. 2013-2018-ci illərdə müxtəlif obyektlərin mühafizəsi üçün 42 hüquqi və fiziki şəxslə müqavilə bağlayıb. Bu müqavilələrin yerinə yetirilməsi zamanı qanunsuzluqlara yol verilib.