Ermənistanda müxalifətə keçən sabiq müdafiə nazirinin partiyasının təsis qurultayının tarixi açıqlanıb

Ermənistanda müxalifətə keçən sabiq müdafiə nazirinin partiyasının təsis qurultayının tarixi açıqlanıb Seyran Ohanyanın partiyaya sədr olması üçün kampaniya aparılır
Region
8 Dekabr , 2016 11:48
Ermənistanda müxalifətə keçən sabiq müdafiə nazirinin partiyasının təsis qurultayının tarixi açıqlanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu il dekabrın 23-də Ermənistanın sabiq müdafiə naziri, hazırda Serj Sarqsyan rejiminə qarşı müxalifətə keçən Seyran Ohanyanın liderlik etdiyi “Üçüncü Respublika" Partiyasının təsis qurultayı keçiriləcək.

“Report” “Joğovurd” (“Xalq”) gündəlik qəzetinə istinadən xəbər verir ki, Seyran Ohanyanın partiyaya sədr olması üçün kampaniya aparılır.

Qəzet bildirib ki, müdafiə naziri olarkən Seyran Ohanyan Tavuş vilayətinin Noyemberyan şəhərinin sərhədyanı Voskepar, Barekamavan və Koti kəndləri ilə sıx əlaqədə olub. O, Barekamavan kənd sakinlərinin elektrik enerjisinə olan borcunu ödəmiş, Voskepar kəndində məhəlləarası yolların təmiri üçün dizel yanacağı və digər təminatları həyata keçirmişdi.

İnformasiyaya əsasən, keçmiş müdafiə naziri sədr olmaq üçün bu işlərini təbliğ etdirməklə yeni qurulan partiyaya sədr olmaq istəyir.

Qeyd edək ki, bu partiyanın təsis qurultayı noyabrın 28-də keçirilməli idi.

Xatırladaq ki, Ermənistan prezidentinin parlamentdəki daimi nümayəndəsi, Ermənistan Prezident Aparatı rəhbərinin müavini Viktor Dallakyan oktyabrın 10-da istefa verib. O, hakim Respublika Partiyasından da çıxdığını və aktiv siyasətə qayıtdığını, 2017-ci ildə keçiriləcək parlament seçkilərində fəal iştirak etmək niyyətində olduğunu açıqlamışdı. Ermənistan prezidenti Serj Sarqsyan hakimiyyətini tənqid edən V.Dallakyan ölkədəki xarici dövlətlərin səfirlərinə müraciət edərək demişdi: "Çıxışımdan sonra özümün və ailə üzvlərimin başına istənilən hadisə gəlsə, buna görə məsuliyyəti Ermənistan prezidenti Serj Sarqsyan daşıyır".

Məlumata əsasən, partiyanı Rusiyadakı iş adamları maliyyələşdirəcək. Xatırladaq ki, Ermənistanın istefaya göndərilən müdafiə naziri Seyran Ohanyan hazırkı prezident Serj Sarqsyan hakimiyyətinə qarşı müxalifətə keçdiyi və Dallakyanla eyni partiyada fəaliyyətini davam etdirəcəyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi