Ermənistanın keçmiş diaspor naziri məsuliyyətə cəlb ediləcək

Ermənistanın keçmiş diaspor naziri məsuliyyətə cəlb ediləcək Bakı. 5 sentyabr. REPORT.AZ/ Ermənistanın keçmiş diaspor naziri Qranuş Akopyan hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcək.
Region
5 Sentyabr , 2018 15:53
Ermənistanın keçmiş diaspor naziri məsuliyyətə cəlb ediləcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ermənistanın keçmiş diaspor naziri Qranuş Akopyan hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu dövlət nəzarət xidmətinin başçısı David Sanasaryan sentyabrın 5-də jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “Vətən-Diaspor” qeyri-komersiya təşkilatında yoxlama aparılan zamanı 206,7 min dollarlıq pozuntu aşkarlanıb: “Teleşirkətlərdən birinə film çəkilişi ilə əlaqədar 52 min dollar məbləğində maliyyə vəsaiti xərclənib. Ancaq əslində həmin film ictimai televiziyanın daxili imkanları hesabına çəkilib. Bununla da dövlət büdəcindən həmin film üçün iki dəfə maliyyə vəsaiti köçürülüb. Hesab edirəm ki, keçmiş diaspor naziri bu pozuntulara görə hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir”. 

Son xəbərlər

Orphus sistemi