Ermənistanın keçmiş baş prokuroru sorğu-sual olunub

Ermənistanın keçmiş baş prokuroru sorğu-sual olunub Ermənistanın keçmiş baş prokuroru və İstintaq Komitəsinin sabiq rəhbəri Aqvan Ovsepyan sorğu-sual olunub.
Region
10 İyul , 2019 04:45
Ermənistanın keçmiş baş prokuroru sorğu-sual olunub

Ermənistanın keçmiş baş prokuroru və İstintaq Komitəsinin sabiq rəhbəri Aqvan Ovsepyan sorğu-sual olunub.

“Report” xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.

Bildirilir ki, sabiq baş prokuror 2008-ci ilin 1 mart hadisələri ilə bağlı istintaqa ifadə verib. Ermənistanın Xüsusi İstintaq Xidməti bu iş çərçivəsində dindirilmələrlə bağlı xəbərləri şərh etməkdən imtina edib.

İttihamlara görə, 2008-ci il martın 1-də aksiyaçılara qarşı tətbiq edilən zorakılıq əmrini keçmiş prezident Serj Sarqsyanla keçmiş baş prokuror Aqvan Ovsepyan verib. Onların tapşırğını isə Vaaqn Arutyunyan icra edib.

Son xəbərlər

Orphus sistemi