Bakı. 24 yanvar. REPORT.AZ/ Ermənistanın keçmiş baş naziri Ovik Abramyan hakim Respublikaçılar Partiyasından istefa verib.
“Report” “Aravot.am” saytına istinadən xəbər verir ki, sabiq hökumət başçısı hakim partiyanın sıralarını tərk etdiyini bildirib.
Lakin O.Abramyan siyasətdən getmədiyini və bu sahədə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Ovik Abramyan Ermənistan Respuiblikaçılar Partiyası sədrinin müavini, İcraiyyə orqanı və Şurasının üzvü oub. Partiyanın sədri Ermənistan prezidenti Serj Sarqsyandır.